• Maliyyə • Gündəm

Mərkəzi Bankın sədrindən bankirləri qorxuda biləcək açıqlama

156
13-05-2020, 11:47

Mərkəzi Bankın sədri Elman Rüstəmov hesab edir ki, bağlanan bankların sahibləri və idarə edənlər qanun qarşısında cavab verməlidirlər.

BAKU.NEWS xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib:

“Bu bizneslərin (bağlanan bankların - red) sahiblərinə, idarəçilərinə sual olunmalıdır ki, “nə üçün pis situasiya bu qədər davam edib?” Onlar öncədən vəziyyəti hamıdan yaxşı bilirdilər. Biz qanunvericilik ilə hərəkət edəcəyik. Lisenziyanı ləğv etdikdən sonra işlərlə ləğvedici məşğul olur. Hesab edirəm ki, bu məsələ orada davam etdirilməlidir”.

Bu açıqlama 4 bankı müflis edən şəxslərin qanun qarşısında cavab verə biləcəklərinə işarə edir.

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank AtaBank, Amrahbank, AgBank və NBC Bank-ın lisenziyalarını ləğv edib.


/Marja.az/

FACEBOOK ŞƏRH YAZ