• Maliyyə • Gündəm

1,4 milyard manat yeni kreditlər verilib

123
13-05-2020, 11:29

2020-ci ilin 1-ci rübündə banklar tərəfindən 1,4 milyard manat yeni kreditlər verilib.

BAKU.NEWS-un məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Bu onu göstərir ki, banklar real sektorun maliyyələşdirilməsində aktiv iştirak edirlər”,- Sədr bildirib.

Elman Rüstəmov əlavə edib ki, bank sektorunda likvidlik yüksəkdir: “Banklarda 8 milyard manat likvid vəsait var”

Mərkəzi Bankın sədri vurğulayıb ki, pandemiya dövründə isə, bankların vəziyyətlərinin pisləşdiyi gözləniləndir.

FACEBOOK ŞƏRH YAZ