• Maliyyə • Gündəm

“Hazırda manatın məzənnəsi sabitdir”

272
13-05-2020, 11:13

Hazırda manatın məzənnəsi sabitdir. Panika dövründə təzyiqlər tam şəkildə aradan qaldırılıb".

BAKU.NEWS xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. MB sədri bildirib ki, maliyyə sektorunda müsbət meyillər davam etməkdədir:

"Bütövlükdə 4 ay ərzində kredit portfeli 1,4 faiz artıb. İstehlak kreditləri 4,5 faiz azalıb. Bank sektorunun likvidliyi qənaətbəxşdir. Bank sektorunda öhdəliklərin icrasında problem müşahidə olunmur. 549 milyon manat həcmində banklara restrukturizasiya ilə bağlı müraciət edilib".

FACEBOOK ŞƏRH YAZ