• Texnologiya • Gündəm

İnstaqramda yeni funksiya

130
13-05-2020, 08:24

İnstaqram sosial şəbəkəsi yeni funksiyalar tətbiq etdiyini açıqlayıb. 

BAKU.NEWS bildirir ki, bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə və eyni zamanda bir neçə insanı blok edə biləcəklər.

“Artıq eyni anda bir neçə şərhi silə və bir neçə insanı blok və ya məhdudlaşdıra bilərsiniz”, - sosial şəbəkənin Tvitterində yazılıb. 

Bu yenilik “mənfi şərh axınının öhdəsindən gəlməyin çox çətin olması” ilə izah olunur. Sosial şəbəkədən bildiriblər ki, ilk rəylərə görə, istifadəçilər yenilikdən razıdırlar.

FACEBOOK ŞƏRH YAZ