• Dünya • Hadisə • Gündəm

Əfqanıstanda dəfn zamanı partlayış - 15 ölü, 56 yaralı

169
12-05-2020, 18:55

Əfqanıstanda polis işçisi Hacı Şeyx İkramın dəfn mərasimində partlayış törədilib.

BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki. Günorta saatlarında baş vermiş terror aktı zamanı 15 nəfər ölüb, 56 nəfər yaralanıb. Məlumatı Nanqarhar əyalətinin qubernatoru təsdiqləyib.

Ölənlər arasında əyalət şurasının üzvləri də olub.
Partlayışa görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

FACEBOOK ŞƏRH YAZ