• Maliyyə • Gündəm

AMB depozit hərracında 250 mln. manat cəlb edib

134
12-05-2020, 12:19

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən BAKU.NEWS-a verilən məlumata görə, mayın 12-də Mərkəzi Bank tərəfindən 13 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 256,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 250 mln. manat vəsait cəlb edib.

FACEBOOK ŞƏRH YAZ