• Şou-biznes • Gündəm

“Toydan aldığım pulu restoranın pilləkəninə səpdim” - Mətanət İsgəndərli

162
10-05-2020, 15:45

Əməkdar artist Mətanət İsgəndərli "Söhbət var" verilişində qonaq olub.

BAKU.NEWS xəbər verir ki, sənətçi bir dəfə toya gecikdiyinə görə pulunun kəsildiyini deyib:

"Tıxaca görə toya 1 saat gecikmişdim. Toy sahibinə dedim ki, “saat 1-ə, 2-yə kimi oxuyaram”. Gecikmişdim deyə saat 3-ə işləmişə qədər oxudum. Buna baxmayaraq alacağım pulu kəsdilər. Məni ağlamaq tutdu, əsəbimdən pulu restoranın pilləkənlərinə tulladım. Toy sahibinin vicdanı yol verməmişdi, səhəri gün pulu artıqlaması ilə çatdırmışdılar”.

FACEBOOK ŞƏRH YAZ