• Dünya • Mədəniyyət • Elm • Gündəm • Koronavirus

Pandemiya dövründə qorxu romanları niyə çox oxunur?

383
8-05-2020, 01:19

Amerikalı məşhur yazıçı, “Qorxu kralı” ləqəbli Stiven Kinq karantin dövründə insanların dəhşətli və qorxulu romanlar oxumağa üstünlük verməsinin səbəbini açıqlayıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə yazıçı “Stiven Kilberin Axşam Şousu”nda danışıb:

“Əgər insanlar “Ceraldın oyunu” və ya “Əgər qan varsa” kitabını oxuyursa, oradakı vəziyyət dörd divar arasında məcburi qalmaqdan daha dəhşətli olur. Oxucular anlayırlar ki, onların həyatı kitabdakı qəhrəmanların həyatından qat-qat yaxşıdır və həmin müddətdə aktual olan problemlərdən uzaqlaşırlar. Kitabı bağladıqdan sonra isə hazırkı situasiya ilə qane olub sakitcə yatır”.

FACEBOOK ŞƏRH YAZ