• Dünya • Şou-biznes • Gündəm

“Bakıdakı astroloqlara zəng vurdum, dedilər ki, yaxşı olacaq” - Demet Akalın

187
4-05-2020, 15:49

“Pərviz Abdullayev səsverməyə çıxanda xanım rəqibini dəstəkləmişdim, ona səs vermişdim. Oyunda gördüm ki, əksəriyyət Pərvizin adını çəkdi. Etdiyim hərəkətə görə peşman oldum. Okan (həyat yoldaşı) Pərvizə zəng vurdu, danışdıq, üzr istədik. Hazırda onu instaqramda izləyirəm”.

BAKU.NEWS xəbər verir ki, bu sözləri müğənni Demet Akalın məşhur “Survivor” yarışmasında iştirak edən azərbaycanlı idmançı Pərviz Abdullayevlə bağlı danışarkən bildirib.

O, “Survivor Ponorama” proqramının aparıcısı Hakan Hatipoğlunun instaqram səhifəsinə canlı qoşularaq həmyerlimizi dəstəklədiyini qeyd edib. Eyni zamanda, Demet dünyada geniş vüsət alan koronavirus haqda söhbət açıb. O, Azərbaycanda yaşayan astroloqlarla əlaqə saxladığını söyləyib:

“10 ildir görmədiyim dostuma zəng vurmuşam. Bakıda astroloqlara zəng vurdum. Dedilər ki, mayın 15-dək hər şey qaydasına düşəcək. Çox ümidliyəm, inanıram ki, hər şey yaxşı olacaq. Daim astroloqlarla danışan biri deyiləm. Arada Okan və şəxsi həyatım barədə məsləhətləşirəm”.

FACEBOOK ŞƏRH YAZ