• Şou-biznes • Gündəm

"Mədəniyyətiniz olsun, sizi telekanallar çəkir"

147
1-05-2020, 19:15

"Özümə hər dəfə deyirəm ki, fikir vermə. Kimsə ortaya atıb ki, məşhurlaşmaq üçün mütləq qalmaqal olmalıdır. Tanınmaq istəyirsənsə, qalmaqal etməlisən. Mahnı, səs bir kənara qalıb".

BAKU.NEWS xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Show news" verilişinə açıqlamasında deyib. Müğənni yeni ifaçıları tənqid edib:

"Dalaşanda, başlayırlar səni tez tanımağa. Nə qədər deyirəm ki, qalmaqal yox, mədəniyyətiniz olmalıdır. Sizi telekanallar çəkir, gedib oturursuz, insanlar izləyir. Ağıllı adamlar qalıb, var. Gərək mədəni insanları göstərələr ki, baxılsınlar. İndi istəyirlər ki, tez-tez oxuyub, məşhur olsunlar. Hara tələsirsiniz? Hiss edirəm ki, meydanda tək qalmışam".

Zeynallı bayağı mahnı oxuyanları ələ salıb:

"Bayağı mahnı kimə lazımdır? İndi hamısı cılızlaşıb. Yüngül mahnılar bəyənilir. Gərək yeni universitet açıb, toy mahnıları öyrətsinlər".

FACEBOOK ŞƏRH YAZ