• Dünya • Şou-biznes • Gündəm

Rac Kapurun oğlu vəfat edib

330
30-04-2020, 10:23

Hindistanın tanınmış aktyoru Rişi Kapur vəfat edib.

BAKU.NEWS-un xəbərinə görə, NDTV telekanatının məlumatında bildirilir ki, R. Kapur 68 yaşında Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişib.

Bollivudun məşhur aktyorlarından olan R. Kapur görkəmli aktyor və rejissor Rac Kapurun oğludur.

R. Kapura uğuru baş rolda çəkildiyi “Bobbi” filmi (1973) qazandırıb. Filmin rejissoru R. Kapur olub. Həmin il E. Kapur Hindistanda ilin aktyoru seçilib.

Bundan başqa, onun çəkildiyi “Qisasçı”, “Ömər, Əkbər, Antoni”, “Məhəbbət xəstəliyi” və digər filmlər dünyada, xüsusən də keçmiş SSRİ məkanında çox sevilib.

FACEBOOK ŞƏRH YAZ