• Texnologiya • Gündəm

“Twitter”in işində nasazlıq yarandı

139
29-04-2020, 02:10

Bir sıra ölkələrdə Tvitter sosial şəbəkəsinin işində nasazlıq yaranıb. 

BAKU.NEWS “TASS”a istinadən bildirir ki, bu barədə populyar internet resurslarının işini müşahidə edən “Downdetector” servisi məlumat yayıb.

Nasazlıq barədə şikayət daha çox ABŞ və Yaponiya sakinlərindən daxil olur.  

Servisin məlumatına görə, istifadəçilərin böyük qismi (73%) saytın işindəki xətalardan şikayətlənir. 12% Android üçün, 14% isə iPhone və iPad üçün nəzərdə tutulan applikasiyalarla bağlı problemlər yaşayır.

FACEBOOK ŞƏRH YAZ