• Dünya • İqtisadiyyat • Sosial • Gündəm

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirir

169
22-04-2020, 15:14

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər etiraz aksiyası keçirirlər.
 
BAKU.NEWS APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Şulaveri kəndi ərazisinə toplanaraq mərkəzi yolu bağlayan etirazçılar koronavirusa görə qoyulan məhdudiyyətlər səbəbindən yetişdirdikləri məhsulu satışa çıxara bilmədiklərini bildiriblər. Onların sözlərinə görə, xüsusi icazə ilə rayon ərazisinə daxil olan şirkətlər məhsul alışını aşağı qiymətlə həyata keçirir. Əraziyə gələn Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneuli meri Zaur Darğallı etirazçılara müraciət edərək bildiriblər ki, Gürcüstanın bütün rayonlarında məhsul satışının yaxın günlərdə təşkil edilməsi istiqamətində fəaliyyətə başlanılacaq. Müxalifət partiyaların nümayəndələri də əraziyə gələrək etirazçılara qoşulublar.

Aksiyanın keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

FACEBOOK ŞƏRH YAZ