• Cəmiyyət • Texnologiya • Gündəm

İnternetdə problem var? - Nazirlikdən açıqlama

152
21-04-2020, 21:12

Sosial şəbəkələrdə bəzi istifadəçilər internetdə problem yarandığını və şəbəkəyə qoşulmaqda çətinlik çəkdiklərini bildiriblər.

BAKU.NEWS xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat katibi Günel Gözəlova bildirib ki, quruma kütləvi şəkildə ölkə üzrə internetin olmaması ilə bağlı vətəndaşlar tərəfindən hələ ki, rəsmi müraciət daxil olmayıb:
“Xüsusilə qeyd edək ki, karantin dövründə nəzərə alsaq ki, çox insan evindədir, şirkətlər onlayn fəaliyyət göstərir, dərslər onlayn qaydada keçirilir və hətta mediada da televiziyalar müvafiq proqramlardan istifadə etməklə dünyanın bir çox ölkələri ilə əlaqə saxlayırlar, bu zaman geniş zolaqlı şəbəkədə artımın müşahidə olunması normaldır. Biz də nazirlik olaraq bunu müşahidə edirik. Məhz bu səbəbdən mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədi ilə, demək olar ki, şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər”.

FACEBOOK ŞƏRH YAZ