Gələn həftə astronomiya elmi tarixində qara dəliyin işıq selini udmasının ilk fotoşəkili göstəriləcək. Bununla bağlı ABŞ-ın Milli Elm Fondunun Vaşinqtonda mətbuat konfransı keçiriləcək.
Baku.News Reuters agentliyinə istinadla xəbər verir ki, mətbuat konfransında 2012-ci ildən bəri kosmosda müşahidələr aparan “Event Horizon” teleskopunun (EHT) qeydə aldığı sensasiyalı fotoşəkil təqdim olunacaq və astronomların müvafiq məruzələri dinləniləcək. Analoji mətbuat konfranslarının Brüssel, Santyaqo, Şanxay, Tokio şəhərlərində də təşkil olunacağı nəzərdə tutulur.
Amerikan alimləri qeyd edirlər ki, kainatın ən maraqlı hadisəsi olan qara dəlik üfüqü kosmosda olan bütün cisimlərin – ulduzların, planetlərin, qaz, toz, elektromaqnit dalğalarının, o cümlədən işığın yaranma və yoxolma mənbəyidir. Hələlik astronomlar bununla bağlı məruzələrin son detallarını dəqiqləşdirirlər.
Harvard və Smitsonian Astrofizika Mərkəzində yerləşən “Event Horizon” teleskopunun direktoru Şeperd Doleman martda Texasda keçirilən tədbirdə bildirib ki, bu fotoşəkil teleskopun uzunmüddətli müşahidələri sayəsində əldə edilib və onun rəhbərlik etdiyi qurum dünyanın 200 astrofiziki ilə əməkdaşlıq edib.
Arizona Universitetinin astrofiziki Dimitrios Psaltis bildirib ki, çərşənbə günü keçiriləcək mətbuat konfransında bütün proseslər Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi əsasında izah ediləcək. Bu nəzəriyyə 1916-ci ildə irəli sürülüb və cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zamanın qeyri-Evklid həndəsəsinin nisbətlərinə tabe olmasını əsaslandırır.
• Dünya
• Elm
• Gündəm
Astronomiya tarixində qara dəliyin işıq selini udmasının ilk fotoşəkili göstəriləcək

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
Daşkəsəndə silahlı şəxslər ələ keçdi
-
Koronavirusla bağlı SON STATİSTİKA
-
“Google” Avstraliyada internet axtarış sistemini bağlaya bilər
-
Nərmin Həsənova yeni şəxsi biznes qurub
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu
-
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı