• İqtisadiyyat • Gündəm

Bakıda son günlər nəqliyyat vasitələrinin sayı artıb - SƏBƏB AÇIQLANDI

289
10-04-2020, 20:21

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 43 küçə və prospektdə aprelin 1-dən 9-dək olan müddəti əhatə edən araşdırmalarına əsasən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən tədbirlərlə əlaqədar küçə və prospektlərdə nəqliyyat axınında isə təxminən 30 faiz azalma müşahidə edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, xarici ölkə şəhərlərinin təcrübəsində isə xüsusi karantin günlərində yollarda nəqliyyat axını ilə bağlı azalma ən az 60-70 faiz təşkil edir.

“Göstərilən müddətdə ən böyük azalma aprelin 5-də, ən böyük artım isə aprelin 1-də qeydə alınıb. Həmin gün 570 min 330 avtomobil paytaxt ərazisində hərəkətdə olub. Son iki gündə, yəni aprelin 8 və 9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur.

FACEBOOK ŞƏRH YAZ