• Cəmiyyət • Gündəm

General-mayor Fuad Cavadov vəzifəsindən azad olunub

377
10-04-2020, 12:20

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov vəzifəsindən azad olunub.

Bu barədə "Report"a F.Cavadov özü bildirib.

O qeyd edib ki, aprelin 2-də öz istəyi ilə işdən azad olunması üçün ərizə verib:

"İşdən öz istəyimlə getmək istədiyimi bildirdim. Getməyimdə isə heç bir səbəb yoxdur. Mən 24 ildir ki, bu sahədə işləmişəm. Hazırda ədliyyə sistemində də qalıram".

F.Cavadov deyib ki, onun tutduğu vəzifəyə hazırda Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib.

FACEBOOK ŞƏRH YAZ