Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiya ödənişləri də həyata keçirilib.
BAKU.NEWS-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (85 994 nəfər) bank hesablarına köçürülüb:
"Sabah Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Ayın 15-də respublikanın digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq".
F.Talıbov qeyd edib ki, pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.
• Sosial
• Gündəm
Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
Daşkəsəndə silahlı şəxslər ələ keçdi
-
Koronavirusla bağlı SON STATİSTİKA
-
“Google” Avstraliyada internet axtarış sistemini bağlaya bilər
-
Nərmin Həsənova yeni şəxsi biznes qurub
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu
-
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı