• İqtisadiyyat • Gündəm

"Sərnişin daşıması üzrə sıxlıq müşahidə edilmir"

150
9-04-2020, 13:58

“Hazırda Azərbaycanda sərnişin daşıması üzrə sıxlıq müşahidə edilmir”.

Bunu BAKU.NEWS-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

"Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişindaşımada sıxlıq müşahidə edildiyini açıqlamışdıq. Lakin artıq bu regionlarda sərnişin daşınması üzrə sıxlıq 80-% ə qədər azalıb. DANX digər aidiyyatı qurumlarla birgə regionalarda icazəsi olan sərnişinlərin daşınmasına şərait yaradır”, - deyə o, qeyd edib.

Hazırda sərnişin sıxlığı Bakı və Sumqayıt şəhərləri arasında müşahidə edilir: “Bunun da tənzimlənməsi üçün DANX-ın müfəttişləri dayanacaqlarda xidmətdədirlər və bir-bir avtobusların salonlarında sərnişinlərin icazələrinin olub-olmamasını yoxlayırlar”.

Xatırladaq ki, yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.

FACEBOOK ŞƏRH YAZ