• Gündəm • İdman

Ağcəbədidə keçirilən Alpaqut Turan döyüş sənəti üzrə Qarabağ birinciliyinə yekun vurulub

293
8-04-2019, 00:42

Ağcəbədi rayon Taxta Körpü qəsəbəsində keçirilən yarışda qaliblər müəyyənləşib.

Azərbaycan Alpaqut Federasiyası (AAF) və Laçın rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən Qarabağ regional açıq birinciliyi yekunlaşıb. AAF-nın regionların inkişafı üzrə vitse prezidenti Rafiq Qasımovun Baku.News-a verdiyi məlumata görə Federasiyanın Qarabağ Regional Nümayəndəliyinə daxil olan Ağdam, Ağcəbədi, Kəlbəcər, Laçın və Zərdab rayon Filiallarını təmsil 100-dən artıq idmançının iştirak etdiyi yarışda Alpaqut Turan döyüş sənətinin Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilmişdi.
Yarışın nəticələrınə görə Aypara sistemi üzrə Ağdam, Batur sistemi üzrə Laçın, Caymaz sistemi üzrə Ağcəbədi, Qurşaq sistemi üzrə isə Zərdab komanda hesabı ilə birinci yerləri tutmuşlar.
Yekunda birinci yeri tutan komandalara kuboklar, idmançılara isə medallar və diplomlar təqdim edilmişdi.








FACEBOOK ŞƏRH YAZ