• Dünya • Səhiyyə • Gündəm

“Karantin” sözünün mənası: 40 gün, 40 gecə - Ölkələr harda səhv etdi?

273
7-04-2020, 22:30

Hazırda karantin rejminin canlı şahidi olaraq, heç karantin sözünün mənasını,tərcüməsini və hardan qaynaqlandığını bilirsizmi?

Karantin 20-30 gün təyin olunur, əslində, tarixdə bu sözün tək bir mənası var idi və bütün Avropa bunu bilirdi.

BAKU.NEWS Medicina.az -a istinadən ilk karantinin tarixini təqdim edir: Karantin italyancadan “quarantine” sözündən olub,“40 gün, 40 gecə”deməkdir.

Bu rejim ilk dəfə indi koronavirusun epimərkəzi olan İtaliyanın məşhur Venesiya kanallar şəhərində, Roma hokuməti tərəfindən tətbiq olunub.

Belə ki, XIV əsrdə Venesiya limanlarına yan alan gəmiləri 40 günlük gözləmə rejiminə salıb, daxili limanlara keçməyə, yükünü boşaltmağa icazə vermirdilər.

Gəmidəkilərə də sahilə çıxmaq olmazdı. Bu digər ölkələrdən gəmi ilə dəhşətli taun və vəba kimi epidemik xəstəliklərin keçməsinin qarşısını almaq üçün idi.

Diqqət yetirsək görərik ki, hələ XIV əsrdə Venesiya virusu,epidemiyanı şəhərə buraxmamaq üçün virusun real mənbəyini və daşıyıcısını karantinə alırdı.

Bu gün isə dünya ölkələri Çin hələ dekabr-yanvar ayında ciddi təhlükə barədə dünyanı xəbərdar edib, şəhərlərini bağlamasına rəğmən Çindən və digər ölkələrdən gələnləri sərhəddəcə karantinə almadılar və marta kimi çox ölkələrin hava limanları keçid üçün sərbəst oldu. Təyyarələr yüzlərlə insanı bu ölkədən o ölkəyə daşıyıb, həmin insanların da öz ətrafını yoluxdurmasına şərait yaratdı. Ona görədir ki, bu gün Rusiya və Avropanın mərkəzi epidemiyaya təslim olaraq, bütün insanları karantinə alıb, həyatlarını çətinləşdirdilər.


Karantin XIV əsrdə sərhəddə xəstəliklə gələni tutub saxlamaq anlamında qalsaydı, xəstəlik daşıyanı ölkə içərilərinə buraxıb, sonra ölkəni karantinə almağa gərək qalmazdı.

FACEBOOK ŞƏRH YAZ