• Sosial • Gündəm

Pensiya alanlara ŞAD XƏBƏR VAR !

7-04-2020, 22:17

“Azərbaycanda 2 milyon 300 min insana pensiya verilir”.

BAKU.NEWS-un verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, 500 milyon manatdan artıq vəsait xərclənib: “Onların 700 mini 65 yaşdan yuxarı şəxslərdir. Həmin şəxslərdən xahiş edirik ki, pensiya müavinətlərini qohumları vasitəsilə alsınlar, evlərini tərk etməsinlər.

Həmçinin, bütün bankların bankomatları sosial ödənişlər üçün faiz tutmayacaq”.

Nazir daha bir mühüm sosial müdafiə istiqaməti kimi, işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcəyini deyib. Bildirib ki, bunun üçün 70 milyon manat ayrılıb. İşsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar.

FACEBOOK ŞƏRH YAZ