• Dünya • Elm • Gündəm

Dünyada yeni arı növü kəşf edildi

172
3-04-2020, 16:57

Alimlər Panama meşəsində yarımerkək və yarımdişi olan arı kəşf ediblər.

BAKU.NEWS “Science Alert”ə istinadən xəbər verir ki, tədqiqatçılar arını Panamanın Barro Kolorado adasının meşəsində aşkarlayıblar.

Mütəxəssislər cücünün sol tərəfinin fizioloji olaraq erkək olduğu, həmin tərəfdə kiçik, incə çənə sümüyü, uzun anten, daha az tüklü, zəif və həssas arxa ayağının olduğunu vurğulayıblar.

Böcəyin sağ tərəfi isə daha qısa anten, önə çıxmış çənə sümüyü, qalın və tüklü arxa ayağı ilə diqqət çəkir.
Qeyd olunur ki, kəşf ilə bağlı təfərrüatlı məqalə “Journal of Hymenoptera” jurnalında dərc edilib. 

FACEBOOK ŞƏRH YAZ