"Qlobal oyunçular koronavirusdan dünyanı müharibəsiz bölüşdürmək məqsədilə istifadə edə bilərlər".
BAKU.NEWS xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Mir” televiziyasına müsahibəsində deyib.
Aleksandr Lukaşenko bildirib ki, bu gün çoxlarını koronavirus pandemiyasından sonra nələrin olacağı düşündürür:
"BMT-nin koronavirusla mübarizə üçün dünyanın ümumdaxili məhsulunun 10 faizi həcmində pul çap etmək təklifi mənasizdır. Bu trilyonları kim alacaq, onlar kimdə qalacaq? Varlılar varlı, kasıblar kasıb olaraq qalacaqlarmı? Qalacaqlar. Ölkələri, o cümlədən Belarusu elə yerə itələyiblər ki, onlar gərək dayanıb, oturub, öz cüzi valyuta ehtiyatlarını yesinlər. Rusiyada da onun çox olduğunu demək olmaz. Belə olan halda ÜDM-in 10%-i həcmində pul çap edib, bizə gələcəklər və deyəcəklər ki, sizə bir azca veririk, amma bizim dediklərimizi edəcəksiniz. Bax, dünya belə bölünə bilər.
Bu gün çoxları deyir ki, pandemiyadan sonra dünya fərqli olacaq. Mən bununla razıyam. Bizim dünyada yerimiz harada olacaq? Mənim üçün əsas sual koronapsixoz yox, bax budur. Bu sual tezliklə hər kəs üçün aktual olacaq. Həm də zəngin resursları olan Qazaxıstan, Türkmənistan, Tacikistan, onlardan da daha çox Ermənistan, Qırğızıstan, Ukrayna üçün aktual olacaq. Qorxuram ki, bizi müharibəsiz bölüşdürməsinlər”.
• Siyasət
• Dünya
• Gündəm
Lukaşenko: "Koronavirusdan dünyanı müharibəsiz bölüşdürmək məqsədilə istifadə edə bilərlər" - VİDEO

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Türkiyə Super Kubokunun qalibi bəlli oldu
-
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı
-
Dünyanın 70 ölkəsində “Britaniya ştammı”na rast gəlinib
-
Rəcəb Tayyib Ərdoğan İlon Mask arasında telefon danışığı olub
-
Ukraynada Leninin sonuncu heykəli uçuruldu - FOTO
-
“WhatsApp”da virus yayılır
-
Türkiyədə koronavirusla bağlı rəqəmlər artır
-
Misir Hava Yollarının rəhbəri müsahibə zamanı vəfat etdi - FOTO
-
Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb
-
Türkiyədən Rusiyaya yola düşən gəmidə problem yarandı
-
Rus futbolçu bıçaqlanaraq öldürüldü
-
Kann festivalının keçiriləcəyi tarix açıqlandı