• Mədəniyyət • Sosial • Gündəm

Tanınmış teleaparıcı Nərmin Xəlilova: "Bu bəladan qurtarmağın bir yolu var, həmrəy olmaq və tələblərə riayət etmək!"

1-04-2020, 18:04

"Azərbaycan dövləti dünyanı ağuşuna alan koronavirusa qarşı ciddi tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin bu məsələyə həssas münasibəti nəticəsində ölkəmizdə virusla mübarizə məqsədilə profilaktik tədbirlər çox erkən başladılıb və düşünürəm ki, bu vaxtında verilən qərar idi. Çünki, bəzi ölkələrin laqeyd yanaşmasının nəticəsi göz önündədir."

Bunu BAKU.NEWS -a açıqlamasında tanınmış teleaparıcı Nərmin Xəlilova bildirib. 

N.Xəlilova deyib ki, lakin bu tək dövlətin işi deyil, burda vətəndaşlar da təmkinlik və həmrəylik göstərməlidirlər. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın göstəriş və tövsiyələrinə əməl etsək, bir toplum olaraq bu təhlükəli xəstəliyə az zərərlə qalib gələ bilərik.

N.Xəlilova qeyd edib ki, Biz anlamalıyıq ki, tələblərə əməl etmədən biz tək özümüzü deyil, doğmalarımızı, ətrafımızı da təhlükəyə atırıq! Buna isə bizim haqqımız yoxdur! Ən azından bu günlərdə üzərilərinə böyük yük düşən tibb işçilərini, polis işçılərini, doğmalarımızı, ətrafımızı, millətimizi düşünək! Bu bəladan qurtarmağın bir yolu var, həmrəy olmaq və tələblərə riayət etmək! Xalqımızı karantin qaydalarına ciddi əməl etməyə çağırıram!

FACEBOOK ŞƏRH YAZ