• İqtisadiyyat • Gündəm

Azərbaycanda ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq

142
31-03-2020, 13:36

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

Bu barədə BAKU.NEWS-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Belə ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir. Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.

FACEBOOK ŞƏRH YAZ