• Dünya • Sosial • Gündəm

Türkiyədə Alpaqutun "Evdə sporla qal" kampaniyası davam edir - VİDEO

440
31-03-2020, 12:47

Kampaniya Türkiyə Alpaqut Federasiyasının Başkanı Cemal Ersoy tərəfindən başladılıb. 

Türkiyə Alpaqut Federasiyasından BAKU.NEWS verilən məlumata görə, "Evdə sporla qal, Alpaqut həyatdır, Alpaqut yaşadır" (#EvdeSporlaKal, #AlpagutHayattırAlpagutYaşatır) adlı kampanıya ilk olaraq Türkiyə Alpaqut Federasiyasının Başkanı Cemal Ersoyun çağırışı ilə sosial şəbəkələrdə yayılmağa başlanıb. Alpaqut salamı ilə başlayan video süjet artıq sosial şəbəkələrdə sürətlə yayılmaqdadır.

Sözü gedən kampaniya dünyanın əksər ölkələrində olduğu kimi qardaş Türkiyədə də tüğyan edən koronavirus infesiyasından sonra dövlətin "evdə qal" tövsiyyəsindən sonra başlanmışdır. Cemal Ersoydan sonra bu kampaniyaya Türkiyənin Bursa Böyük şəhər Bələdiyyəsinin Başçısı Alinur Aktaş və Bursaspor Futbol Klubunun Başkanı Mesut Mestan da qoşulub. Beləliklə, "Evdə sporla qal, Alpaqut həyatdır, Alpaqut yaşadır" (#EvdeSporlaKal, #AlpagutHayattırAlpagutYaşatır) kampaniyası bütün Türkiyə boyunca özündən sonrakına ötürülmə ənənəsini ilə davam etdirməkdədir.

Xatırladaq ki, bu ilin noyabr ayında Bursada keçirilməsi nəzərdə tutulan Alpaqut Turan Döyüş Sənəti üzrə III Dünya Çempionatına Bursa Böyük şəhər Bələdiyyəsinin Başçısı Alinur Aktaş böyük dəstək verəcəyi barəsində media önündə açıklama vermişdi. Bu açıklamadan sonra bir çox iş adamları Alinur Aktaşın bu çağırışına qoşularaq III Dünya Alpaqut Çempionatına sponsorluq edəcəklərini bəyan etmişdilər.

FACEBOOK ŞƏRH YAZ