Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament" seçkilərini tanımır.
Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilib.
"2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz.
Aİ ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin “status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən, sülh yolu ilə həllinə yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır", - deyə bəyanatda vurğulanır. (APA)
• Siyasət
• Gündəm
Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır - BƏYANAT

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ
-
Zelenski Ukraynada milli matəm elan etdi
-
Daşkəsəndə silahlı şəxslər ələ keçdi
-
Koronavirusla bağlı SON STATİSTİKA
-
“Google” Avstraliyada internet axtarış sistemini bağlaya bilər
-
Nərmin Həsənova yeni şəxsi biznes qurub
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu