“Azərişıq” ASC vətəndaşlara müraciət ünvanlayıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.NEWS-a bildirib ki, ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.
Sosial şəbəkələrdə feysbuk və instaqram vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulu həyata keçirilir.
Eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir. “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini “199” Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır.
Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk.
• İqtisadiyyat
• Gündəm
“Azərişıq”dan vətəndaşlara müraciət

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Türkiyə Super Kubokunun qalibi bəlli oldu
-
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı
-
Dünyanın 70 ölkəsində “Britaniya ştammı”na rast gəlinib
-
Rəcəb Tayyib Ərdoğan İlon Mask arasında telefon danışığı olub
-
Ukraynada Leninin sonuncu heykəli uçuruldu - FOTO
-
“WhatsApp”da virus yayılır
-
Türkiyədə koronavirusla bağlı rəqəmlər artır
-
Misir Hava Yollarının rəhbəri müsahibə zamanı vəfat etdi - FOTO
-
Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb
-
Türkiyədən Rusiyaya yola düşən gəmidə problem yarandı
-
Rus futbolçu bıçaqlanaraq öldürüldü
-
Kann festivalının keçiriləcəyi tarix açıqlandı