• Cəmiyyət • Sosial • Gündəm

Nazirlər Kabineti: Yasamalda yaşayan 8 km bazarına gedə bilməz

270
30-03-2020, 21:23

“Kimsə Yasamalda qalırsa, bazarlıq etmək üçün 8 km bazarına gedə bilməz, çünki bu, qadağandır”.

BAKU.NEWS xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi qeyd edib ki, əvvəlki qadağalarda bəzi insanlar çaşqın qalır: “Onlar qarışdırırdı ki, nələrə icazə verilir, nələrə yox. Amma indiki halda belə çaşqınlıqlar olmayacaq. Məqsəd maksimum təcridi təmin etmək, həyati fəaliyyəti obyektlərin fəaliyyətini təmin etməkdir”.

FACEBOOK ŞƏRH YAZ