• Cəmiyyət • Sosial • Gündəm

Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər

428
30-03-2020, 15:07

Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirməsi il bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb ediliblər.

BAKU.NEWS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında məlumatı təsdiqləyib.
O qeyd edib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcək fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir:"Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq".

FACEBOOK ŞƏRH YAZ