• Cəmiyyət • Sosial • Gündəm

Q.Nuriyev: "Pandemiyaya qarşı ən böyük silah həmrəyliyimiz və sosial məsuliyyətimizdir"

653
29-03-2020, 19:08

Bildiyimiz kimi, bəşəriyyəti bürümüş Koronavirus bəlası bizim ölkəmizdən də yan keçməmişdir. İranda, Çində, İtaliyada olduğu kimi Azərbaycanda bu virus təhlükəli həddə çatmasa da, hökümət bu təhlükəyə qarşə önləyici addımları vaxtında atdı. Ölkə ərazisində infeksiya tam yayılmamış sərhədlərimizdə tibbi karantin vəziyyətinin tətbiqi, sərhəd-keçid məntəqələrindən xarici ölkə vətandaşlarının ölkəmizə buraxılmaması, uşaq baxçalarının, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin dayandıraraq evdə təhsil proqramının həyata keçiriməsinə başlanması, dövlət başçısının infeksiyaya qarşı həssas yanaşaraq bir sıra sərancamlar imzalaması, göstərişlər verilməsi, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması dövlətin hər zamankı kimi, bu ağır günlərdə də xalqın yanında olmasının göstəricisi idi.

Bunları BAKU.NEWS -a açıqlamasında Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev bildirib. 

Q.Nuriyev deyib ki, ölkə prezidenti Cənab İlham Əliyevin Koronavirusla Mübarizə Fondunun yaradılması haqqında sərancam imzalaması və ilkin olaraq öz bir illik məvacibini bu fonda keçirilməsi bu prosesi intensif məcraya yönəltdi.
Belə ki, başda Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla dövlət, hökümət orqanları, özəl müəssisələr, iş adamları, millət vəkilləri, sadə insanlar bu fonda ianələr köçürmələri millət olaraq dar gündə birliyimizin nümayişi idi.
Koronavirusla mübarizədə ilk gündən ən böyük fədakarlığı bu işə cəlb edilmiş həkimlər və tibbi personal göstərdi. Xalqımızın bu dəhşətli infeksiya ilə sinağa çəkildiyi zamanda ən böyük məsuliyyət məhz həkimlərimizin üzərinə düşdü. Onların öz işlərinin öhdəsindən layiqincə gəlmələrinin nəticəsidir ki, Azərbaycan əhalisinə bu virus öz qonşuları ilə müqayisədə daha az təsir etdi. Statistikaya diqqət yetirsək görərik ki, Ermənistan, Gürcüstan, Rusiya, İrandan fərqli olaraq bizdə Koronavirusa yoluxanlar və bu virusdan dünyasın dəyişənlərin sayı çox azdı. Təbii ki, burda həkimlərimiz ilə yanaşı Nazirlər Kabinetinin yanında Operativ Qərargahın da fəaliyyətini yüksək qiymətləndirmək lazımdır.
Koronavirusdan əziyyət çəkən ölkələrin əksəriyyətindən fərqli olaraq, Azərbaycanda iqtisadi böhranın yaşanmaması, sosial layihələrin icrasının dayanmaması onu göstərir ki, ölkəmizdə iqtdisadi və maliyyə dayanaqlığı möhkəmdir. Mart ayı üçün bütün pensiya, sosial müavinətlərin, əmək haqlarının vaxtında ödənilməsi dediyimizə əyani sübutdur. Dünən ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 575 çarpayılıq "Yeni Klinika" adlı səhiyyə ocağının fəaliyyətə başlaması onu göstərir ki, hökümətimiz öz əhalisinin Koronavirusa yoluxmasının qarşısını maksimum dərəcədə almağa çalışır. Belə ki, həmin klinikada ən ağır vəziyyətdə gətirilən Koronovirus infeksiyasına yoluxmuş xəstələr müalicə alacaq. Burada ən müasir süni nəfəs aparatları, tibbi ləvazimatlar var. Bunlara da müalicənin aparılmasına kömək edəcək.
Biz millət olaraq əsrlər və illər boyu çox ağır və amansız sınaqlara sinə gəlmişik. Hər dəfə, milli birliyimiz, həmrəyliyimiz nəticəsində bu sanaqlardan üzüağ çıxmışıq. İnanıram ki, dövlət başçımızın müdrik siyasəti, hökümətimizn operativ fəaliyyəti, həkimlərimizin, güc orqanlarında çalışanlarımızın, bütövlükdə millət olaraq birliyimizin, fərd olaraq isə sosial məsuliyyətimiz sayəsində xalqımız bu sınaqdan da üzüağ çıxacaq.
Cənab Prezidentimiz ifadə etdi kimi: "Biz birlikdə güclüyük!"

FACEBOOK ŞƏRH YAZ