• İqtisadiyyat • Gündəm

“Azərsu” 8600 əməkdaşını məzuniyyətə GÖNDƏRDİ

234
29-03-2020, 17:00

Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir. Bu barədə Modern.az-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məqsəd koronavirua təhlükəsinin qarşısının alınmasıdır:

"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir"

FACEBOOK ŞƏRH YAZ