• Hadisə • Gündəm

Bakıda sərnişin avtobusu tuneldə qəza törətdi (FOTOLAR)

153
29-03-2020, 16:47

“Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

BAKU.NEWS xəbər verir ki, 4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. Nəticədə yol ayrıcında quraşdırılmnış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aradan qaldırılır.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.









FACEBOOK ŞƏRH YAZ