• Təhsil • Gündəm

Nazirlik məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirdi

363
29-03-2020, 12:55

“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.

BAKU.NEWS xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.

FACEBOOK ŞƏRH YAZ