• Kriminal • Gündəm • Bölgə

Azərbaycanda oğul anasını qətlə yetirib

351
29-03-2020, 11:50

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

Hadisə rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.  

Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır. (APA)

FACEBOOK ŞƏRH YAZ