• Dünya • Kriminal • Gündəm

Moskvada 10 yaşlı uşaq futbol oynadığı vaxt güllələndi

219
28-03-2020, 21:41

Rusiyanın paytaxtı Moskvadakı uşaq meydançasında futbol oynayan 10 yaşlı oğlan güllələnib. 

BAKU.NEWS -un "Mash" teleqram-kanalına istinadən verdiyi məlumata görə, məktəbliyə travmatik silahdan atəş açılıb. Şahidlər təcili yardım çağırıblar. Uşaq sinə yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Polis araşdırmalara başlayıb. 

Hazırda Rusiya məktəblərində yaz tətilidir. Tətil müddəti koronavirus üzündən aprelin 12-dək uzadılıb. 

Qeyd edək ki, bu gün İspaniya "Atletiko"su Futbol Akademiyasında təhsil alan 14 yaşlı Kristian Minçolanın vəfat etdiyi xəbərini yayıb. Yeniyetmə futbolçu Madrid komandasında 2013/2014 mövsümündən çıxış edirdi. Ölüm səbəbi açıqlanmır. 

FACEBOOK ŞƏRH YAZ