• Dünya • Səhiyyə • Sosial • Gündəm

Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan 1 nəfər ölür - VİDEO

200
28-03-2020, 21:35

Son iki gündür Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir.

BAKU.NEWS xəbər verir ki, bu göstəricini “New York Post” hesablayıb.

Məlumata görə, Nyu-Yorkda koronavirus qurbanlarının ümumi sayı 450 nəfər təşkil edir.

Cons Hopkins Universitetinin hesablamalarına görə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 105 min nəfərə çatıb, 1 711 pasiyent ölüb. Nyu-York koronavirus qurbanlarının sayına görə Amerika şəhərləri arasında liderdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yeni virusa yoluxanların sayı 510 min nəfəri ötüb, 23 min xəstə ölüb.

FACEBOOK ŞƏRH YAZ