• İqtisadiyyat • Gündəm

Hansı sığorta şirkəti fonda ianə edib?- MƏBLƏĞ

163
28-03-2020, 20:17

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

FED.az Fonda könüllü ödəmə edən sığorta şirkətlərinin siyahısını təqdim edir.
AzRE təkrasığorta şirkəti - 1 milyon manat

Qala Sığorta                    - 100 min manat

Qala Həyat Sığorta         - 100 min manat

İpək Yolu Sığorta           -  100 min manat      

Amrahsığorta                  - 100 min manat

Atəşgah Sığorta              - 100 min manat

PAŞA Sığorta                  - 100 min manat

PAŞA Həyat                    - 100 min manat

Günay Sığorta                 - 100 min manat

Meqa Sığorta                  - 100 min manat

Standard Insurance        - 50 min manat

AtaSığorta                       - 50 min manat

Bakı Sığorta                     - 30 min manat

Xalq Sığorta                    -

Xalq Həyat                      -

Meqa Həyat Sığorta       -

A-Group Sığorta             -

Dövlət Sığorta Şirkəti    -

AzSığorta                      -

Sənaye Sığorta             -

Atəşgah Həyat              -

Naxçıvan Sığorta          -

Rəvan Sığorta               -  

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat  ayrılıb.

FACEBOOK ŞƏRH YAZ