• Cəmiyyət • Gündəm

Koronavirusla bağlı verilən ianələr nə qədərdir?

150
28-03-2020, 20:07

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği açıqlanıb.

BAKU.NEWS-un məlumatına görə, bu günə kimi Fonda 91 578 441 manat vəsait köçürülüb.

İanə köçürən şəxslər arasında 1128 hüquqi, 2925 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.

FACEBOOK ŞƏRH YAZ