• Dünya • Səhiyyə • Sosial • Gündəm

Rusiya koronavirusa görə sərhədlərini bağlayır

271
28-03-2020, 18:27

Rusiya sərhəd buraxılış məntəqələri boyunca avtomobil, dəmir yolu, piyada və çay yolu vasitəsilə hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə qərar Rusiya hökumətinin rəsmi saytında dərc olunub:

“Rusiya Nəqliyyat nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Federal Gömrük Xidməti, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti ilə birlikdə martın 30-u Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiyanın dövlət sərhədi boyunca avtomobil, dəmir yolu, piyada, çay və qarışıq keçid məntəqələri vasitəsilə, habelə Rusiya-Belarus ərazisindən keçən hissədə nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırır”.

FACEBOOK ŞƏRH YAZ