• Səhiyyə • Sosial • Gündəm

Rusiyada koronavirusu müalicə edən dərman hazırlanıb

348
28-03-2020, 18:08

Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatı hazırlanıb.

BAKU.NEWS TASS -a istinadən xəverir ki, bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb.

Məlumatda bildirilib ki, agentlik koronavirus infeksiyasının müalicəsi üçün malyariya əleyhinə olan mefloxin preparatı əsasında yaradılan preparatı təqdim edib. "Farmzaşita" Elmi İstehsalat Mərkəzi tərəfindən preparatın hazırlanmasında Çin və Fransanın təcrübəsindən istifadə olunub.

Agentlik rəhbəri, Rusiyanın keçmiş Səhiyyə naziri Veronika Skvartsova yeni preparatın koronavirus infeksiyasının təsir effektini blokladığını söyləyib.

FACEBOOK ŞƏRH YAZ