• Səhiyyə • Sosial • Gündəm • Bölgə

Gəncə əhalisi koronavirusla bağlı maarifləndirilir - Fotolar

255
28-03-2020, 15:25

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyələr verilib.

BAKU.NEWS xəbər verir ki, sakinlər Həm Kəpəz, həm də Nizami Rayonunu əhatə edən tədbirlərdə müvafiq rayonlar üzrə Polis İdarələrinin əməkdaşları da iştirak ediblər.

Şəhər ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə Gəncə şəhərində hər birində 2 nəfər olmaqla ümumilikdə 32 qrup yaradılıb.

Sakinlərlə aparılan söhbətlər zamanı xüsusi karantin rejimin qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl etməyin vacibliyi vurğulanıb. Bildirilib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

FACEBOOK ŞƏRH YAZ