• Cəmiyyət • Kriminal • Gündəm

Bakı metrosunda cibgir tutuldu

131
28-03-2020, 13:18

Bakı metrosunda qadının telefonu oğurlanıb.

Bu barədə BAKU.NEWS -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də metronun "28 May" stansiyasında qatarda Bakı şəhər sakini R.Abdullayevanın çantasından 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.

FACEBOOK ŞƏRH YAZ