• Gündəm • Hava

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

394
27-03-2020, 15:30

Ölkə ərazisində hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.NEWS -a verilən məlumata görə, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

FACEBOOK ŞƏRH YAZ