• Siyasət • Səhiyyə • Gündəm

Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək”

356
26-03-2020, 17:56

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.

BAKU.NEWS xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.

O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir: “Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq”.

Rusiya Prezidenti koronavirusla bağı vəziyyətin iki-üç aydan daha tez düzələcəyinə ümid etdiyini söyləyib: “Bir sıra ölkələrdə deyirlər ki, koronavirusla müharibə çox çəkəcək. Lakin biz bu vəziyyətdən çıxacağıq”.

FACEBOOK ŞƏRH YAZ