• Siyasət • Dünya • Gündəm

"G-20"liyin virtual sammiti keçirilir

210
26-03-2020, 17:14

“Böyük 20”liyin (“G-20”) virtual zirvə toplantısı başlayıb.

BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr olunub.

Bildirilib ki, martın 26-da başlayan tədbirə Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdel Əziz əl-Səud sədrlik edir.

Məlumata görə, növbədənkənar toplantıya yalnız “G-20”liyin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur və İsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan - ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan - Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümyəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edirlər.

FACEBOOK ŞƏRH YAZ