• Cəmiyyət • Kriminal • Gündəm

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

145
25-03-2020, 22:19

“Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin hüquqları qanunauyğun şəkildə təmin olunur”.

Bu barədə  Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanma şəraiti ilə bağlı Unikal.org-un sorğusuna cavab bildirərkən deyib.

M.Sadıqov qeyd edib ki, istər T.Yaqublunun, istərsə də başqa məhkumların hüquqları qanunvericilikdə əks olunmuş qaydalara uyğun olaraq təmin edilir. Mətbuat xidmətinin rəhbəri təcridxanalarda ölkədə elan edilmiş karantin rejiminə ciddi riayət olunduğunu da vurğulayıb. Qurum rəsmisi onu da qeyd edib ki, T.Yaqublu bu gün qızı ilə telefon vasitəsilə danışıb:

“Həbs yerlərində saxlanılan şəxslərin telefon danışığı və görüş hüququ qanunvericiliklə tənzimlənir. T.Yaqublu məhkum olunduğu gündən indiyədək saxlanma şəraiti ilə bağlı hər hansı bir şikayət etməyib. O, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından istifadə edir”.

FACEBOOK ŞƏRH YAZ