• Dünya • İdman • Gündəm

Fatih Terim: “Sınaqdan üzüağ çıxacağıq”

628
25-03-2020, 22:19

"O qədər gözəl və xüsusi hisslər keçirirəm ki, hər duanı ürəyimdə hiss edirəm".

Bunu koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim bildirib.

Martın 23-də testlərinin nəticəsi müsbət çıxan və xəstəxanaya aparılan təcrübəli mütəxəssis sosial şəbəkə vasitəsilə vəziyyətinin yaxşı olduğunu yazıb: "Bu, hamımız üçün sınaqdır. Dualarınızla, gözəl arzularınızla sınaqdan üzüağ çıxacağıq. Hazırda yaxşıyam, inşallah, daha da yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm".

FACEBOOK ŞƏRH YAZ