• Dünya • Hadisə • Elm • Gündəm

Kamçatkada güclü zələzlə, sunami təhlükəsi elan edildi

140
25-03-2020, 08:20

Rusiyanın Kamçatka yarımadasında 7,6 bal gücündə zəlzələ baş verib.

BAKU.NEWS xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən məlumat yayıb.

“Zəlzələnin episentri Petropavlovsk - Kamçatkadan 500 kilometr uzaqlıqda yerləşib. Yeraltı təkanlar Kamçatkanın dörd rayonunda 5 bal gücündə hiss edilib”.

Zəlzələ ilə bağlı sunami təhlükəsi elan edilib.

FACEBOOK ŞƏRH YAZ